Gülağa Tənha : Bu gün - 28 May günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür.
Bu xəbəri paylaş
Bu gün - 28 May günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür.
Bu gün Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər buraxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi qeyd olunur
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma bu qısa müddətdə istiqlalçı babalarımız çox böyük işlər görə bildi və Azərbaycan tarixinin çox möhtəşəm və şərəfli səhifələrini yarada bildilər.
Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarımızda da da qeyd olunur. Bu əlamətdar gündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməklə, bir daha Türkiyənin Azərbaycanın yanında olmasını göstərdi.
Dövlətçilik tarixinimizin möhtəşəm səhifəsi olan Azərbaycan Xalq Gümhuriyyətinin yaranması gününüz mübarək olsun!
Sonda böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin unudulmaz sözlərilə bayramınızı təbrik edirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)