Lənkəran teatrı Haqqın 44 günü tamaşası ilə Masallıda və Göytəpə Sərhəd Dəstəsində çıxış edib- (AZpress.AZ, Ağaddin Babayev, FOTO+11)

Lənkəran teatrı “Haqqın 44 günü” tamaşası ilə Masallıda və Göytəpə Sərhəd Dəstəsində çıxış edib- (AZpress.AZ, Ağaddin Babayev, FOTO+11)

Lənkəran teatrı “Haqqın 44 günü” tamaşası ilə Masallıda və Göytəpə Sərhəd Dəstəsində çıxış edib-(AZpress.AZ, Ağaddin Babayev, FOTO+11) 

 

Mayın 31-də Lənkəran Dövlət Dram Teatrının truppası Masallıda və Göytəpə Sərhəd Dəstəsində Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası ilə çıxış edib.

 

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində reallaşan tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıcov və Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov tamaşanın “Şuşa ili” çərçivəsində teatr ilə Mədəniyyət İdarəsi arasında imzalanmış qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təqdim olunduğunu bildiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar teatrın tədbirlər planı çərçivəsində hazırlanan bu səhnə əsərində 44 günlük Vətən müharibəsində xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.

 

Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları gənc aktyorlardan Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.

 

Qeyd edək ki, teatrın truppası həmin gün “Haqqın 44 günü” tamaşasını Göytəpə Sərhəd Dəstəsinin əsgər və zabitləri qarşısında da nümayiş etdiriblər.

 

Sonda Sərhəd Dəstəsinin komandiri Rauf Abdullayev maraqlı və məzmunlu tamaşaya görə Lənkəran teatrına təşəkkürünü çatdıraraq truppanın bütün üzvlərini Fəxri fərmanla təltif edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]