"Yanardağ" qorugunda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün keçirilən bayram şənliyindən videoçarx hazırlanıb (VİDEO-FOTO)

"Yanardağ" qorugunda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün keçirilən bayram şənliyindən videoçarx hazırlanıb (VİDEO-FOTO)

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün təşkil olunmuş bayram şənliyindən videoçarx təqdim olunub.


Xatırladaq ki, mayın 29-da Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və "Fire Land Production"nın təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda bayram şənliyi təşkil edilib.


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram tədbiri “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində həyata keçirilib.


Tədbirdə 200-dən artıq Vətən müharibəsi şəhidinin ailə üzvləri, dövlət rəsmiləri, ictimai xadimlər və mədəniyyət sahəsinin tanınmış şəxsləri, eləcə də Vətən müharibəsi zamanı xüsusi reportajları ilə tanınan türkiyəli jurnalist Fulya Öztürk iştirak edib.


Bayram şənliyində uşaqlar üçün rəqs və musiqi nömrələri səsləndirilib, vətənpərvərlik mövzusunda çıxışlar edilib.


Tədbir çərçivəsində şəhidlərin adından övladlarına müraciət formasında hazırlanmış “Atadan məktub” adlı videoçarx təqdim olunub.


Sonda şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]