Xalq artisti Vidadi Həsənov və Belaruslu sənətşünas Olqa Klip Lənkəran teatrında olub (“AZpress.AZ, Ağaddin Babayev+FOTO=16)
Bu xəbəri paylaş
Xalq artisti Vidadi Həsənov və Belaruslu sənətşünas Olqa Klip Lənkəran teatrında olub (“AZpress.AZ, Ağaddin Babayev+FOTO=16)
İyunun 5-də Azərbaycanın tanınmış aktyoru, Xalq artisti, Prezident mükafatçısı Vidadi Həsənov və Belarus Respublikasından sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olublar. AZpress.AZ xəbər verir ki, bu sənət ocağının yaradıcılıq fəaliyyəti, mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar həmçinin gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Fəhminin “Şahnamə” (“Qanlı namə”) pyesi əsasında hazırlanan tamaşanın məşq prosesini izləyiblər.
Daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V.Həsənov və O.Klip tamaşanın məşqləri barədə fikirlərini söyləməklə bərabər məsləhətlərini veriblər.
Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti, prezident təqaüdçüsü Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.
Sonda xatirə şəkli çəklib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)















