"Park Cinema Aygün Mall" fəaliyyətə başladı

"Park Cinema Aygün Mall" fəaliyyətə başladı

“Park Cinema” kinoteatrlar şəbəkəsi genişlənməkdə davam edir: Şahdağ turizm kompleksində ötən ilin sonunda istifadəyə verilmiş yeni kinoteatrdan sonra, daha bir kinoteatr Bakıxanov qəsəbəsində yerləşən Aygün Mall ticarət mərkəzində açılır.


Yeni kinoteatr bu gün fəaliyyətə başlayır: tamaşaçılar artıq seanslar üçün bilet ala bilərlər. Yeri gəlmişkən, biletlərin qiyməti iyun ayı ərzində 3,30 AZN təşkil edəcək. Artıq biletlərin sinxronlaşdırılması və Park Cinema Aygün Mall-un kinoteatrlar şəbəkəsinin internet saytındakı məlumat bazasına əlavə edilməsi istiqamətində işlər aparılır.


“Bakıxanov qəsəbəsi Bakının ən çox məskunlaşdığı qəsəbələrdən biridir. Yerli sakinlərin son premyeralardan məhrum olması ədalətsizlik idi - şərti "Hörümçək adam"ı izləmək üçün onlar şəhərin mərkəzinə getməli idilər. İndi buna ehtiyac yoxdur, çünki indi onlar qəsəbənin ən böyük ticarət mərkəzi olan “Aygün Mall”a gəlib filmə baxa bilərlər”, - deyə Park Cinema kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirib.


Ümumilikdə “Park Cinema Aygün Mall”da beş zal olacaq və ziyarətçilər dünya kinosunun bütün premyeralarından həzz ala biləcəklər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]