Hindistan səfirliyi Akademik Musiqili Teatrın balet artistlərini mükafatlandırdı (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

Hindistan səfirliyi Akademik Musiqili Teatrın balet artistlərini mükafatlandırdı (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

Hindistan səfirliyi Akademik Musiqili Teatrın balet artistlərini mükafatlandırdı (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

 

Azərbaycan Dövlət Akademik Misiqili Teatrının balet artistləri Aynurə Əsgərova və Rəbiyyə Əliveva Hindistanın Bakıdakı səfirliyinin “Bollivud rəqsləri və mahnıları” mövzusunda keçirdiyi tədbirdə fəal iştiraklarına görə mükafatlandırılıblar.

 

Azərbaycan Dillər Universitetində təşkil olunan gecədə balet artistlərinin ifaları tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, hər iki balet artisti 2012-ci ildən Akademik Musiqili Teatrda çalışır. Bu müddət ərzində teatrın bir çox layihələrində, müxtəlif səhnə əsərlərində, eləcə də beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.

 

Azərbaycanın milli və dünya rəqslərinin ifaçısı, gənc pedaqoq Aynurə Əsgərova 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin “Xalq rəqsləri” şöbəsini bitirib. 2016-2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında təhsil alıb. O, Musiqili Teatrın “Flaminqo”, “Rok-n-roll” “Gözəllik” rəqsi kimi maraqlı layihələrinin ifaçısı olub.

 

Rəbiyyə Əliyeva isə 2002-2013-cü illərdə Bakı Xoreoqrafiya Məktəbinin “Xalq rəqsləri” şöbəsini bitirib. 2018-ildə Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. Hazırda V kurs tələbəsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]