Gömrük Akademiyasında növbəti ISO standartı üzrə audit keçirilib

Gömrük Akademiyasında növbəti ISO standartı üzrə audit keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ISO 10002 “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” standartı üzrə sertifikatlaşdırma auditi keçirilib. Akademiyanın struktur bölmələrində təşkil edilən audit Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən aparılıb.


Auditdən əvvəl Akademiya rəhbərliyinin, əməkdaşlarının və ISO İşçi qrupunun iştirakı ilə  qonaqla görüş keçirilib. Görüşdə daha öncə  təşkil edilmiş “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” təlimindən sonra Akademiyada ISO 10002 standartının tətbiqi ilə bağlı görülən işlər haqqında ümumi məlumat verilib və gün ərzində Akademiyanın struktur bölmələrində davam edəcək auditin əsas mərhələləri müzakirə edilib.


ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartı üzrə keçirilən sertifikatlaşdırma auditi zamanı Arzu Gülhan Yüzereroğlu müvafiq standart üzrə sənədləri və iş prosesini incələyib, struktur bölmələrin iş prosesi ilə yaxından tanış olub və konkret sahələr üzrə təkmilləşdirilmənin daha da yüksək səviyyədə həyata keçirilməsi üçün bir sıra təkliflər irəli sürüb.


Sonda auditlə bağlı yekun iclas keçirilib. İclasda Arzu Gülhan Yüzereroğlu çıxış edərək Akademiyada ISO 10002 “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” standartı ilə bağlı görülmüş işləri yüksək qiymətləndirib, müəyyən məsələlərlə bağlı təkliflərini bölüşüb, auditin tam şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə öz adından və TSE adından Akademiya rəhbərliyinə təşəkkür edib. Akademiyanın rəhbərliyi və əməkdaşlar müxtəlif istiqamətlər, o cümlədən müştəri məmnuniyyəti üzrə xidmət standartlarının yüksəldilməsi istiqamətində dəstəyinə görə Arzu Gülhan Yüzereroğluna və TSE-yə təşəkkür edib, əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.


Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası daha öncə TSE tərəfindən keçirilən təlimlər və Akademiyanın bütün strukturlarında aparılan auditlər nəticəsində “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə TS EN ISO 9001:2015, “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə isə TS EN ISO 45001:2018 beynəlxalq sertifikatlarına layiq görülüb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]