Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş +FOTO=5

Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş +FOTO=5

Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş  

 

Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsi çərçivəsində görüş keçirilib.

 

BDU 2019-cu ilin yanvar ayından Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Respublikasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsində tərəfdaş universitet kimi iştirak etməyə başlayıb.

 

Sözügedən layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması ilə yanaşı, tədris laboratoriyasının təşkil edilməsi, bu sahədə kadr hazırlığıdır. Eyni zamanda Avropa universitetlərinin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərin müəllim və tələbələri üçün İsveç, Böyük Britaniya, Estoniya və Portuqaliyada intensiv təlimlər, Azərbaycan və Rusiyada yay məktəbləri, partnyor universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkili nəzərdə tutulur.

 

Görüşdə layihənin rəhbəri, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, layihənin icrasına cəlb olunan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Aytəkin Əfəndiyeva, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Pərvin Əlizadə çıxış edərək bildiriblər ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlıq, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yararlanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir. O cümlədən məruzəçilər təhsil proqramının 120 kreditdən ibarət olması, təhsil müddəti ərzində magistrantlara 21 fənnin tədris olunması və həmin fənlərin tədrisinə yüksək ixtisaslı kadrların cəlb olunması haqqında məlumat veriblər.

 

Görüşün sonunda “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşmasının birinci kurs magistrantı Məhəmməd Əhmədov yaradılmış müasir təhsil şəraitindən məmnunluğunu bildirib və tələbələrin bu ixtisaslaşma üzrə təhsillərini davam etmələrini tövsiyə edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]