Tanınmış şair İltifat Salehin 85 illik yubileyi qeyd olunub (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran, FOTO+21)

Tanınmış şair İltifat Salehin 85 illik yubileyi qeyd olunub (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran, FOTO+21)

Tanınmış şair İltifat Salehin 85 illik yubileyi qeyd olunub (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran, FOTO+21)

 

Lənkəranda uzun illər Azərbaycan Yazıçılar Birliyinin cənub bölgəsi üzrə bölməsinin məsul katibi vəzifəsində çalışmış mərhum şair İltifat Salehin 85 illik yubileyi qeyd olunub.
AZpress.AZ xəbər verir ki, tədbir iştirakçıları öncə şairin Liman şəhər qəbiristanlığındakı məzarını ziyarət edərək xatirəsini yad ediblər.

 

Yubiley mərasimini giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin məsul katibi, yazıçı Qafar Cəfərli açaraq İ.Salehin həyat və yaradıcılığının müxtəlif məqamlarına toxunub. Bildirib ki, İltifat Saleh 1937-ci il iyunun 10-da Lənkəranın Boladi kəndində kolxozçu ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən alıb.

 

Əmək fəaliyyətinə 1961-ci ildə Lənkəranın Port-İliç (indiki Liman) şəhər orta məktəbində müəllim kimi başlayan İ.Saleh Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini, Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri, tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı, Lənkəran rayon radio verilişləri redaksiyasının məsul redaktoru, 1995-ci ildən ömrünün sonunadək-2019-cu ilin noyabr ayınadək Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibi vəzifələrində çalışıb. Bu müddət ərzində onun rəhbərliyi və səyləri sayəsində Lənkəranda qaynar ədəbi mühit formalaşıb.

 

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə İ.Saleh Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsləhətçisi Ağamir Cavad isə çıxışında İltifat Salehin1960-cı ildən mətbuatda şerləri ilə çıxış etdiyini, "Səni görmək üçün", "Rənglərin səsi", "Sənə demədiklərim", "Dərdin şəkli" və digər şerlər toplusunun müəllifi olduğunu diqqətə çatdırıb.
Filoloq-tənqidçi Musa Xanbabazadə də İltifat Salehin yaradıcılığının məziyyətlərindən danışaraq onun böyük ədəbiyyata Xalq şairi Rəsul Rzanın xeyir-duası ilə gəldiyini xatırladıb.

 

Şairlərdən Əlizaman Baxış, İlham İlhami, Ziyafət Yəhya, Məmməd Həbib, Ağaddin Babayev, Tofiq Həsənli, Salman Məmmədoğlu, Əhməd Haqsevər, yazıçı-publisistlər Hacı Etibar Əhədov, Hacı Hafiz Mirzə, jurnalist İltifat Əhmədov, Əlizadə Əsədov, İdrak Dadaşov və digərləri İltifat Salehin poeziyası haqda düşüncələrini, onunla bağlı xatirələrini paylaşıblar.

 

Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova mərhum şairin şeirlərindən nümunələri səsləmdirib.

 

Sonda şairin oğlu Saleh Salayev söz alaraq ailəsi adından Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]