BDU alimləri Azerbaijan International Mining Company Limited şirkətinin mədənlərində olublar +FOTO=3

BDU alimləri “Azerbaijan International Mining Company Limited” şirkətinin mədənlərində olublar +FOTO=3

BDU alimləri “Azerbaijan International Mining Company Limited” şirkətinin mədənlərində olublar 

 

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professor-müəllim heyəti “Azerbaijan International Mining Company Limited” şirkətində (Gədəbəy rayonu) olublar.
Onlar kafedranın yerinə yetirdiyi “Strateji növ mineral xammal yataqları: geoloji xüsusiyyətləri, əmələgəlmə şəraiti, kompleks mənimsənilməsinin və emalının problemləri” mövzusu üzrə nəcib və əlvan metal yataqlarının geologiyası, yerləşmə qanunauyğunluqları, genetik modellərinin qurulması və perspektivlik kriterləri istiqamətində elmi-tədqiqat işlərinin davam etdirilməsi üçün şirkətin müqavilə sahəsindəki “Gədəbəy”, “Zəfər”, “Qədir” və “Uğur” mədənlərinə baş çəkib, yeraltı və yerüstü mədənlərdə müşahidələr aparıblar. Eyni zamanda şirkətin filizlərin doğranması və üyüdülməsi sexlərinə, aşındırılması meydancalarına, filiz emalı zavoduna səyahət edilib, qızıl, mis və gümüş kimi metalların emalı prosesi izlənilib.

 

Aparılan müşahidələrin yekunu olaraq kafedra əməkdaşlarının təşəbbüsü və şirkətin aparıcı mütəxəssislərinin iştirakı ilə ””Azerbaijan International Mining Company Limited” şirkətinin fəaliyyət planı, müqavilə sahələrində yerləşən yataq və təzahürlərin qlobal tektonikada mövqeyi, genetik modellərinin müasir filizəmələgəlmə modellərinə tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarda şirkətin böyük geoloqu Cavid İbrahimov çıxış edib. Sonra mövzu ətrafında müzakirə və çıxışlar olub.

 

Şirkətin əməkdaşları Anar Vəliyev, Şakir Qədimov, Rəşad Əsgərov, fakültənin dekanı Mamoy Mansurov, professorlar Nazim İmamverdiyev, Şəhla Abdullayeva və dosent Aygün İsmayılova mövzu ətrafında çıxış edərək, belə tədbirlərin davamlı olmasının vacibliyini bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]