Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə Revelations Beynəlxalq Biennalesində təmsil olunur +FOTO=5

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur +FOTO=5

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunur.

 

 

“Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub. Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilir.

 

 

İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır”, -deyə O. Taon geniş bədii miqyasa malik belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu bildirib.

 

 

“Burada nümayiş etdirilən “Gündüz və gecə “ əsərinin hələ şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsi ilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”,-deyə Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.

 

 

Heykəltəraş Elvin Nəbizadə belə bir biennaledə iştirak etməkdən şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət ruhunu müəyyən dərəcədə zəiflətmişdir. Təşəbbüsü və dəstəyi ilə yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”,-deyə E. Nabizadə qeyd edib.

 

 

Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək, onu daha dərindən hiss edəcəklər.

 

 

“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]