Qurban Təbiətoğlu: ALMIŞIQ...! Ay camaat, biz deyəsən Şuşanı...

Qurban Təbiətoğlu: ALMIŞIQ...! Ay camaat, biz deyəsən Şuşanı...

 Mən Qarabağ zəfərimizə qətiyyən kölgə salmaq niyyətində deyiləm! Amma 30 il həsrətlə bu qələbəni gözləyən insanlar indi gedib öz Vətəninin havasını udub, suyunu içmək üçün nəyə görə portaldan keçməli, nəyə görə onlayn bilet almalıdır, bunu anlamıram... Belə çıxır ki, portaldan keçən, onlayn bilet alan adam minaya düşə bilməz, amma başqaları düşər!!! Gülməlidir, deyilmi?! Əgər təhlükə varsa, konkret qadağa qoysunlar ki, getmək olmaz! Təhlükə yoxdursa, onda bu nə “portal” oyunu, bu nə “onlayn bilet” şousudur??!! Tragikomediyadır vallah...


ALMIŞIQ...! (Yeni şeir)
Ay camaat, biz deyəsən Şuşanı:
Guruldayıb-çaxmaq üçün almışıq!
Buraxmırlar gedib görək Vətəni,
Gendən durub baxmaq üçün almışıq!
Bilmirik ki, qabağayıq, ya dala,
Türkün sözü, budalayıq, budala...
Rayonların adın yazıb medala
Yaxamıza taxmaq üçün almışıq!
Xəbər verin dağlardakı qartala,
Gələmmirik, ilişmişik “portal”a!
Qurban, sən də az özünü yortala,
Qəlbimizi yaxmaq üçün almışıq!
Qurban TƏBİƏTOĞLU

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]