ADMİU tələbələri Lənkəran teatrının səhnəsində Elçinin Mənim sevimli dəlim tamaşası ilə çıxış ediblər (AZpress.AZ, Ağaddin Babayev, +FOTO=13)

ADMİU tələbələri Lənkəran teatrının səhnəsində Elçinin “Mənim sevimli dəlim” tamaşası ilə çıxış ediblər (AZpress.AZ, Ağaddin Babayev, +FOTO=13)

 (AZpress.AZ, Ağaddin Babayev, +FOTO=13)  

 

İyunun 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Teatr sənəti" fakültəsinin II kurs TKA "B" qrupu tələbələrinin iştirakı ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" tamaşası nümayiş etdirilib.

 

AZpress.AZ xəbər verir ki, Lənkəran rayon sakinlərinin, şəhərin qonaqlarının, gənclərin, Universitet və kollec tələbələrinin izlədikləri tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək tələbə aktyorları salamlayıb və aprel ayında ADMİU-nin rektoru Ceyran Mahmudova, eləcə də universitetin müəllim-tələbə heyəti ilə keçirdiyi işgüzar görüş barədə danışıb:”Bu gün tələbələrin Lənkəran səhnəsində oynadıqları bu tamaşa da həmin görüşdə əldə olunan razılaşmanın nəticəsidir”.
Kurs rəhbəri əməkdar artist, dosent Yaqut Paşazadə isə öz növbəsində xoş və səmimi münasibətə görə Lənkəran teatrının rəhbərliyinə və kollektivinə, bütün lənkəranlılara minnətdarlığını çatdırıb.

 

Daha sonra tələbə-aktyorlardan Elşad Şirinov, Könül Nəzərova, Yusif İsmayılov, Zeynəb Əliyeva, Nicat İsgəndərov, Briliyant Zeynalova, Əsmər İsmayılzadə, Nərmin Quliyeva, Anar Həsənzadə, Abbas Qənbərov, Səbinə Hüseynova, Ləman Səlimova, Fidan Ağazadə, Əli Əsədov və Aydan Məhərrəmova ifasında “Mənim sevimli dəlim” tamaşası təqdim olunub.

 

 

Sovet İttifaqının dağıldığı dövrdə insanların çaşqınlığına, cəmiyyətdəki anlaşılmazlıqlara həsr olunan bu tamaşada hadisələr 1991-ci ildə respublikamızda yaranmış ictimai-siyasi vəziyyətin müxtəlif cəhətlərini əks etdirir.

 

Tamaşanın quruluşçu-rejissoru kursun rəhbəri əməkdar artist, dosent Yaqut Paşazadədir.
Qeyd edək ki, Lənkəran teatrında olduqları vaxt tələbə-aktyorlar bu sənət ocağında yaradılmış şəraitlə də yaxından tanış olublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]