Metropolitenin keçmiş rəhbərinin əmlakı müsadirə olunacaq

Metropolitenin keçmiş rəhbərinin əmlakı müsadirə olunacaq

Metropolitenin keçmiş rəhbərinin əmlakı  müsadirə olunacaq

 

“Qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı İrəvan şəhərinin birinci instansiya məhkəməsinə təqdim edilmiş növbəti 2 iddia icra olunması üçün qəbul edilib”.

Bu barədə Ermənistan Baş Prokurorluğunun rəsmisi Qor Abrahamyan bildirib.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti “Karen Dəmirçiyan adına İrəvan Metropoliteni” QSC-nin keçmiş direktoru Paylak Yayloyana qarşı əmlakının müsadirə edilməsi üçün məhkəmədə iddia qaldırıb.

“Kotayk rayonunun Jrvej icmasında yerləşən 2 torpaq sahəsi, İrəvanda P.Proşyan küçəsindəki 2 mənzil, paytaxtdakı Baqramyan prospektindəki dayanacaq və digər daşınmaz əmlakların müsadirə olunması üçün proseslər artıq başlayıb”, - deyə Prokurorluq rəsmisi vurğulayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]