Ağcabədidə "Qurtuluşdan Zəfərə" adlı regional konfrans keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=78)

Ağcabədidə "Qurtuluşdan Zəfərə" adlı regional konfrans keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=78)

Ağcabədidə "Qurtuluşdan Zəfərə" adlı regional konfrans keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=78)

 

İyunun 13-də Ağcabədi şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan Zəfərə" adlı regional konfrans keçirilib.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Milli Məclisin bir qrup deputatının, Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi aparatının məsul əməkdaşlarının, Partiyanın Qarabağ və Şərqi Zəngəzur zonalarını əhatə edən Ağdam, Bərdə, Tərtər, Füzuli, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təşkilatlarının sədr və fəallarının, eləcə də Ağcabədi rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələrinin, qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzi meydanındakı abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.
Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun moderatorluğu ilə keçən tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev “Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda çıxış edib. Bildirib ki, ölkə iqtisadiyyatına əsaslı töhfələr verən kənd təsərrüfatının inkişafı, bu sahədə uğurlu nəticələrin əldə edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbər təyin edildiyi ilk gündən kənd təsərrüfatının inkişaf etdirilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoymuşdu. Ulu öndər Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün siyasi, iqtisadi, sosial, mədəni sahələri əhatə edən dövlət proqramları, layihələr, qərar və sərəncamlar bilavasitə ölkəmizin qüdrətlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsinə hesablanıb. Bu proqram və layihələr aqrar sektoru da əhatə edir.

 

Konfransda Milli Məclisin deputatı Fatma Yıldırımın “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji amillər” mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı uzun müddət davam edən təcavüzkar siyasəti nəticəsində təbii sərvətlərimiz də istismar və talan edilib, minlərlə hektar meşə sahəsi məhv olub. Aparılan monitorinqlər əsasında Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Keçmiş SSRİ dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi aşkar ekoloji cinayətdir. 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazilərində su ehtiyatlarının çirkləndirilməsi, radiaktiv tulantıların sulara axıdılması da erməni barbarizminin nümunəsi – ekoloji terror siyasətinin göstəricisidir.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın – dayanıqlı və layiqli məskunlaşmanın təmin olunması mühüm strateji prioritetlərdən biridir. Görülən işlər genişmiqyaslı olmaqla yanaşı, həm də çoxşaxəlidir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, ekoloji tarazlığın təmin olunması ilə əlaqədar bərpa işlərinin görülməsi də əsas vəzifələrdən biri kimi müəyyən edilib. Bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə əlaqədar məqsədyönlü tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində olan mühüm məsələlərdəndir. Azərbaycan dövlətinin ekoloji siyasəti, o cümlədən quruculuq tədbirləri Qarabağın yenidən qurulmasına, dirçəlməsinə, cənnət-məkana, dünyanın ən gözəl guşələrindən birinə çevrilməsinə, eləcə də ekoloji tarazlığın qorunmasına və respublikamızın “yaşıl artım” ölkəsi kimi inkişafına müstəsna töhfə verəcək.

 

YAP Mərkəzi Aparatının baş məsləhətçisi Elmar Məmmədov “Qurtuluşdan başlayan davamlı inkişaf yolu” mövzusunda çıxışında 1990-cı illərin əvvəllərində respublikamızda baş verən ictimai-siyasi proseslərdən, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü ilin əvvəllərində hərbi məğlubiyyət, daxili böhran, ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Dahi lider böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü, xalq da Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edərək, milli dövlətçiliyimizin konsepsiyasını yaratdı və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

 

Konfransda YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova “Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur” mövzusunda çıxışında bildirib ki, təhsilin cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Azərbaycan təhsilinin inkişafı naminə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə aparan dahi şəxsiyyət milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini, son dərəcədə vacib amil hesab edirdi. Bütün varlığı ilə Vətənə bağlı olan Ulu Öndərin rəhbərliyi ilə elm və təhsil sahəsində aparılan köklü dəyişikliklər, qəbul edilmiş qərar, fərman və Sərəncamlar, onların həyata keçirilməsi Azərbaycanda təhsil sektoru/nun hərtərəfli yüksəlişini, məzmunca yenilənməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini şərtləndirdi. Ümummilli Liderin təməlini qoyduğu təhsil siyasəti bu gün uğurla davam cə inkişaf etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri sayəsində elm və təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə icra edilən dövlət proqramları təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir.

 

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Ölkənin siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda çıxış edib. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıb, ötən dövrdə respublikamızda əldə olunan uğurları diqqətə çatdırıb danışıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Qurtuluş Böyük Qələbəyə aparan yolun başlanğıcı idi” mövzusunda çıxış edərək, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, hökm sürən hərc-mərcliydən, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Azərbaycan tarixinin 1993-cü ilin iyununda başlanmış və hazırda davam etməkdə olan dövrü - mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və Yeni, Müstəqil Azərbaycanın qurulması dövrüdür. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı!

 

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası son 18 ildən çox müddət ərzində ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Tədbir bədii hissə ilə davam edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]