Cavadxan Qasımov: Naxçıvanda keçirilən “STEAM təhsil festivalı”
Bu xəbəri paylaş
Cavadxan Qasımov: Naxçıvanda keçirilən “STEAM təhsil festivalı”
Naxçıvan Dövlət Universiteti Dövlətimizin hərtərəfli qayğı və diqqətindən bəhrələnməklə hədəflərini qətiyyətlə rellaşdırır, uğurlardan uğurlara doğru inamla addımlayır, gələcək üçün daha yeni, daha perspektivli səhifələr açır. İstər beynəlxalq əməkdaşlıqlar, istər Texnopark quruculuğu prosesləri, istər ikili diplom layihələrinin reallaşması kimi tədbirlərin vəhdətini təşkil edən Ali məktəbimiz, özündə eyni zamanda biliyə, bacarığa, ideyaya, təşəbbüsə, yaradıcılıq keyfiyyətlərinə malik olan vətənpərvər tələbələrin birliyini təmin etməkdədir.
Bütün bunlar, Naxçıvan Qala Tarixi Memarlıq Abidəsində keçirilən STEAM təhsil festivalında da göründü. Hər bir şagirdin, tələbənin, gəncin yaradıcılıq imkanlarının dəstəklənməsi və cəmiyyətimizə təqdim olunmasında festivalın rolu əvəzsiz olacaq. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri də bu qayğı nəticəsində daha məhsuldar nəticələrə müəlliflik etməkdədirlər.
Hörmətli Rektorumuzun rəhbərliyi altında əldə olunan uğurlar Ali Məktəbimizin yaradılmasının 55 -ci ilinə mühüm töhvə olacaq. Xeyirli olsun.
Fotolar Anar Sadigova aiddir
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)













