Ermənilər Muradı polisin gözü önündə bıçaqlayıb, güllələdilər +VİDEO

Ermənilər Muradı polisin gözü önündə bıçaqlayıb, güllələdilər +VİDEO

Ermənilər Muradı polisin gözü önündə bıçaqlayıb, güllələdilər 

 

Vladiqafqaz xəstəxanasında bir erməni ailəsi polisin gözü qarşısında yaralını vəhşicəsinə öldürüb.

Ötən gecə 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan müştərisi 35 yaşlı Osmanov Muradla mübahisə edib və Murad qocanı qarnından bıçaqlayıb. Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına aparılıb.

Amma artıq yarım saatdan sonra Murad da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Çünki o, saxlanılarkən qolundan yaralanıb.

Həmin vaxt xəsarət alan erməni taksi sürücüsünün çoxsaylı qohumları artıq klinikada olublar.

Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib, sarğı qoyublar. Amma Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşaraq döş və mədə nahiyəsinə bıçaq zərbələri endirib, erməninin başqa bir qohumu isə tapança ilə Muradı güllələyib.

Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]