Ceyhun Məmmədov: "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə əlaqədar

Ceyhun Məmmədov: "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə əlaqədar

2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı.


Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pik həddə çatdırmaqdır. Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artıracaq, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcəkdir.


Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artacaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları ediləcək, sıx əməkdaşlıqlar yaradılacaqdır.


Əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır.


Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir.


Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaqdır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]