Ağcabədidə "Son Zəng" tədbiri keçrilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

Ağcabədidə "Son Zəng" tədbiri keçrilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

Ağcabədidə "Son Zəng" tədbiri keçrilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

 

Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində yerləşən Müşfiq Uluxanov adına tam orta məktəbindəm “Son zəng” tədbirinə qatılaraq, məzunları və pedaqoji kollektivi təbrik edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra məktəbin adını daşıdığı şəhid Müşfiq Uluxanovun və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbin direktoru bildirib ki, ölkə başçısının diqqəti təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır. Rayon rəhbəri çıxış edərək qeyd edib ki, ölkəmizdəki hərtəfəfli inkişaf təhsil sahəsindən də yan keçmir. İcra başçısı kənddə bu il istifadəyə verilən 360 yerlik məktəb binasının Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən həyata keçirildiyini və bunun ölkə rəhbərinin təhsilə verdiyi dərin diqqətin göstəricisi olduğunu vurğulayıb. R.Hüseynov Sarıcalı kəndində təhsil alan şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığnı da diqqətə çatdırıb. Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib. Vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib.
Sonda məktəblilər xatirə şəkilləri çəkdirib, "Son zəng"i çalaraq təhsil illərini yekunlaşdırıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]