BDU-nun nəzdində Gənc istedadlar liseyində Son zəng +FOTO=22

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” +FOTO=22

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” 

 

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Son zəng" tədbiri keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev məzunları, onların valideynlərini, müəllimləri təbrik edib. Rektor bildirib ki, “Gənc istedadlar” liseyinin əsas vəzifəsi Azərbaycanın ali məktəbləri, o cümlədən BDU üçün istedadlı gənclər yetişdirməkdən ibarətdir. Elçin Babayev məzunlara uğurlar arzulayıb: “Qüdrətli Azərbaycanın gələcəyi sizin çiyinlərinizdədir. Bu isə böyük məsuliyyətdir. Həmişə ölkəmizin, Bakı Dövlət Universitetinin və "Gənc istedadlar" liseyinin adını yüksəklərə qaldırın”.

 

Daha sonra rektor Elçin Babayev məzunlardan 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının gümüş mükafatçısı Nəriman Şirinliyə və Avropa Fizika Olimpiadasının bürünc medalçısı Rəfsan Həbibullayevə hədiyyələr təqdim edib.

 

Liseyin direktoru Arif Bağırov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor bildirib ki, bu il liseyi 65 məzun bitirir. Onlardan 41 nəfəri Azərbaycan, 24 nəfəri rus bölməsinin məzunudur. Bu il "Sabahın alimləri" müsabiqəsində şagirdlərdən 3-ü qızıl, 5-i gümüş, 3-ü bürünc medal qazanaraq ölkə birincisi olublar. I yeri tutan 3 layihə 4 şagirdlə ölkəmizi ABŞ-da keçirilən ISEF beynəlxalq müsabiqəsində təmsil edib. Liseyin şagirdləri Beynəlxalq Mendeleyev Olimpiadasında, Avropa Fizika Olimpiadasında, Respublika fənn olimpiadalarında önəmli yerlər tutublar.

 

Liseyin Riyaziyyat müəllimi Haqverdi Tapdıqov, əvvəlki illərin məzunu Güllü Qəhrəmanova , valideyn Sübhan Namazov, məzunların sinif rəhbərləri Günay Məmmədova, Reyhan Ramazanova, Yeganə Qəhrəmanova, Sənay Hüseynli və Günay Səmədova da çıxışlarında məzunları təbrik edib, onlara tezliklə tələbə adı qazanmağı arzulayıblar.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]