Gənclərin intellektual mübarizəsinin regionlar üzrə çempionları məlum oldu! +FOTO=5

Gənclərin intellektual mübarizəsinin regionlar üzrə çempionları məlum oldu! +FOTO=5

Gənclərin intellektual mübarizəsinin regionlar üzrə çempionları məlum oldu!

 

Ölkənin ən böyük intellektual turnirinin regionlar üzrə qalibləri müəyyən olunub. 9 may tarixindən etibarən 57 şəhər və rayonu əhatə edən və 4 turdan ibarət olan seçimlərdə ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən artıq gənc öz intellektual gücünü sınayıb. Müsabiqənin ilkin mərhələsi olaraq şəhər və rayonlar üzrə qalib gəlmiş komandalar növbəti pillədə regionlar üzrə təşkil edilmiş yarışlarda iştirak edib.

 

Region yarışlarının yekununda ən yaxşı nəticə göstərən 16 komanda 18-19 iyun tarixlərində Bakıda baş tutacaq möhtəşəm final mərhələsində iştirak hüququ əldə edib. Böyük finalda paytaxt və regionları təmsil edən ümumilikdə 40 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarında yarışacaqlar.

 

Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.

 

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

 

“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994



 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]