Biləsuvarda Ulduzların təbəssümü -AZpress.AZ, Ağaddin Babayev-(FOTO+9)

Biləsuvarda “Ulduzların təbəssümü” -AZpress.AZ, Ağaddin Babayev-(FOTO+9)

Biləsuvarda “Ulduzların təbəssümü”-AZpress.AZ, Ağaddin Babayev-(FOTO+9) 

 

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib.

 

AZpress.AZ xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun, millət vəkili Bəhruz Məhərrəmovun, təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırovun, ictimaiyyət nümayəndələrinin, müəllimlərin, valideynlərin iştirak ertdikləri tədbirdə çıxış edən natiqlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar diləyiblər.

 

Qeyd olunub ki, bu il təhsil kompleksini bitirən 21 məzun yüksək nəticələr əldə edib. Bu il həmçinin ilk dəfə olaraq təhsil uğurları ilə yanaşı sosial fəaliyyətləri də yüksək olan 3 şagird "Mübariz" medalı ilə təltif olunub.

 

Tədbir məzunların və digər şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya= ilə davam etdirilib.

Sonda məktəblilər "Son zəng"i çalaraq "Sədaqət andı" içməklə təhsil illərini yekunlaşdırıblar.

Əlavə edək ki, Biləsuvar Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]