Lənkəranda Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub -AZpress.AZ, Ağaddin Babayev-(FOTO+6)

Lənkəranda Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub -AZpress.AZ, Ağaddin Babayev-(FOTO+6)

Lənkəranda Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub-AZpress.AZ, Ağaddin Babayev-(FOTO+6)

 

Lənkəranda Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub.

AZpress.AZ xəbər verir ki, iyunun 15-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon sakinləri Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çicəklər qoyaraq ona olan hörmət və ehtiramlarını ifadə ediblər.

 

Daha sonra Heydər Əliyev müzeyi ziyarət edilib, sərgilənən eksponatlarla tanışlıq olub. Gün ərzində ictimaiyyət nümayəndələri Ümummilli Liderin abidəsi və eləcə də muzeyi ziyarət ediblər.
Həmin gün ŞİH- nin konfrans zalında Milli Qurtuluş Günü ilə bağlı təhsil, səhiyyə, idman, gənclər, QHT-lər və mədəniyyət müəssisələrinin, təşkilatlarının iştirakı ilə yığıncaq keçirilib. Ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükütla yad olunduqdan sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müstəqilliyimizin əldə olunması və Heydər Əliyevin 9 iyunda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtması dövrünədək olan müddətdə ölkədə baş verən ictimai-siyasi mənzərə barədə geniş və təfərrüatlı məruzə ilə çıxış edib. Tarixi dövrlər arasında paralellər aparan natiq bildirib ki, Bakıdan Naxçıvana olan “Qayıdış” və o vaxtkı Ali Sovetin sədri seçilməsilə “Qurtuluş” bu gün bizi qələbəyə aparan “Zəfər Yolu”nun bünövrəsini, ana sütununu təşkil edir.

 

T.Qaraşov çıxışında Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında həyata keçirdiyi çoxsaylı tarixi xidmətlərin ümumiləşmiş formada 3 istiqamətinə diqqəti cəlb edib. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun qorunub saxlanılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu subyekt kimi iştirakının təmin olunması bu istiqamətlərin ən aparıcısıdır.
İcra başçısı bildirib ki, varlığında və özündən sonra siyasi irs olaraq dövlətin ideya prinsiplərini formalaşdıran, ideoloji əsaslarını müəyyən edən Heydər Əliyev ən incə detallara qədər milli-mənəvi dəyərlərimizi, xalqın keçdiyi tarixi və qarşımızda duran başlıca vəzifələri nəzərə alıb. Dövlətin təməl prinsiplərindən sayılan varislik prinsipinin hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsini özündə ehtiva etdiyini vurğulayan natiq bunun Ümummilli lider Heydər Əliyevin ideya rəhbəri və müəllifi olduğu ali qanunumuzda birbaşa təsbit olunduğunu qeyd edib.
“Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır” deyən T.Qaraşov onun siyasi irsinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətin və dövlətçiliyin etibarlı və laiqli əllərdə olduğunu vurğulayıb.

 

Daha sonrakı çıxışlarda da Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı zamanı ölkədə cərəyan edən proseslərə nəzər salınıb. Natiqlər dahi şəxsiyyətin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan dövlətimizi böyük siyasi ustalıqla bu girdabdan qurtardığını, balanslaşdırılmış xarici siyasət kursunu məharətlə yerinə yetirdiyini, dövlətçiliyin təməl hüquqi bazasının formalaşmasındakı müstəsna əməyini və bütövlükdə çağdaş Azərbaycan dövlətini yenidən qurub yaratdığını dönə-dönə qeyd ediblər.


 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]