AzTU-nun rektoru bölgələrə işgüzar səfər edib - FOTO

AzTU-nun rektoru bölgələrə işgüzar səfər edib - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bölgələrə səfər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev,  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının I müavini Turani Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb.


Səfərin məqsədi Nazirlər Kabinetinin təsdiq etdiyi "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası"nın icrası istiqamətində müzakirələr aparmaqdır.


Görüşlər zamanı AzTU-nun rektoru Vilayət Vəliyev qərarın mahiyyəti barədə danışıb, ölkəmizdə bu sahədə aparılan işlərdə universitetlərin bilavasitə iştirakının zəruriliyini qeyd edib. Bildirib ki, burada əsas məqsəd dayanıqlı şəhər modelinin tətbiq edilməsidir.


AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhər mobillik planlarının hazırlanması ilə bağlı geniş təqdimatla çıxış edib, bu istiqamətdə institutda həyata keçirilən layihələrdən danışıb.


Görüşlərdə, həmçinin yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin olunması ilə bağlı yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub. Eyni zamanda mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyi qeyd olunub və bu tədbirlər üzrə hədəflər müəyyən edilib.


Daha sonra AzTU nümayəndə heyəti mövzu ətrafında səsləndirilən sualları cavablandırıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]