BDU əməkdaşlarına Təhsil Nazirliyinin təltifləri təqdim olunub

BDU əməkdaşlarına Təhsil Nazirliyinin təltifləri təqdim olunub

BDU əməkdaşlarına Təhsil Nazirliyinin təltifləri təqdim olunub 

 

Bakı Dövlət Universitetinin (BDU) Təhsil Nazirliyi tərəfindən təltiflərə layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim edilib.

 

Tədbirdə çıxış edən Universitetin rektoru Elçin Babayev bildirib ki, təhsil naziri Emin Əmrullayevin əmri ilə yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə BDU-nun 6 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, bir əməkdaşı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

 

Rektor təltiflərə layiq görülən Universitet əməkdaşlarını təbrik edib, onların hər birinin BDU-nun fəaliyyətində böyük rolunun olduğunu vurğulayıb.

 

Daha sonra rektor Elçin Babayev BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədliyə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”nı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimova, Sosiologiya kafedrasının məsləhətçi-professoru İzzət Rüstəmova, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovaya, Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyliyə və Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqubluya “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanlarını təqdim edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]