Ermənilər Parisdə azərbaycanlılara hücum etdilər

Ermənilər Parisdə azərbaycanlılara hücum etdilər

Ermənilər Parisdə azərbaycanlılara hücum etdilər 

 

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.report.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]