MEK-də görkəmli alim Şahlar Əsgərovun əsərlərindən ibarət sərgi təşkil edilib

MEK-də görkəmli alim Şahlar Əsgərovun əsərlərindən ibarət sərgi təşkil edilib

MEK-də görkəmli alim Şahlar Əsgərovun əsərlərindən ibarət sərgi təşkil edilib 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim, əməkdar elm xadimi, professor, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərovun 81 yaşı münasibətilə sərgi təşkil olunub.

 

Sərgidə alimin müəllifi olduğu “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Birliyin mayası haqq-ədalətdir” (1998), “Təhsilimiz dünən, bu gün, sabah” (2003), “Düşüncə tərzi” (2008), “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” (2012), “Kamilləşən düşüncə” (2013), “Путь к совершенству” (2016), “Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafiya və s. nəşrlər nümayiş etdirilir.
Xatırladaq ki, Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış, bilik və bacarıqları nəzərə alınaraq təyinatla Universitetdə saxlanılmışdır. 1964-1967-ci illərdə Universitetin əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda görkəmli alim prof. L.A.Senanın rəhbərliyi ilə fiziki elektronika sahəsində tədqiqatlar aparmışdır. Alimin bu istiqamətdə aldığı elmi nəticələr uzun illərdir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş şəkildə tətbiq olunur. Xüsusilə, ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında alimin tədiqatlarından istifadə edirlər.

 

Professor 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Onun numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]