Meksikanın fövqəladə və səlahiyyətli səfiri Lənkəranda olub (AZpress.AZ, Ağaddin Babayev)

Meksikanın fövqəladə və səlahiyyətli səfiri Lənkəranda olub (AZpress.AZ, Ağaddin Babayev)

Meksikanın fövqəladə və səlahiyyətli səfiri Lənkəranda olub (AZpress.AZ, Ağaddin Babayev)

 

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rodriqo Labardini iqtisadi və mədəni əməkdaşlıq layihələrinin araşdırılması məqsədilə Lənkəranda səfərdə olub. AZpress.AZ xəbər verir ki, səfər proqramı çərçivəsində xarici diplomat öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

 

Görüş zamanı Azərbaycan-Meksika dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından, diplomatik münasibətlərin qurulmasının 30 illiyindən danışan İcra başçısı ikitərəfli qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Rəsmi qonağı Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumatlandıran İcra başçısı onunla rayonun Meksika ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb.
Səmimi qəbula və xoş söhbətə görə təşəkkür edən səfir dövlətimizin başçısı İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirməklə bu siyasətin Meksika-Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib.

 

Meksikalı diplomat ölkələrinin Lənkəranla qarşılıqlı iqtisadi və mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını və əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımların atılmasının mümkünlüyü barədə danışıb.

 

Görüş zamanı Meksikanın şəhərlərindən biri ilə Lənkəran şəhərinin qardaşlaşması məsələsi haqqında da danışılıb.

 

Daha sonra səfir Heydər Əliyev Mərkəzində, Xan Sarayında, Xalça fabrikində, Hirkan Milli Parkında, Xanbulançay su dəryaçasında olub, çay plantasiyasına baş çəkib, eyni zamanda çay emalı prosesi ilə yerindəcə tanış olub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]