Ağcabədidə keçirilən Uşaq festivalı unudulmaz anlarla yadda qalıb (AZpress.AZ, Mais İbrahimov, +FOTO=60)

Ağcabədidə keçirilən “Uşaq festivalı” unudulmaz anlarla yadda qalıb (AZpress.AZ, Mais İbrahimov, +FOTO=60)

Ağcabədidə keçirilən “Uşaq festivalı” unudulmaz anlarla yadda qalıb (AZpress.AZ, Mais İbrahimov, +FOTO=60)

 

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Uşaq festivalı” keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti və Ağcabədi Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.

 

GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları salamlayaraq, festival haqqında məlumat verib. Bildirib ki, uşaqların həm intellektual, həm fiziki, həm də sosial inkişafında belə festivalların əhəmiyyəti böyükdür.

 

Ağcabədi regional Mədəniyyət İdarəsinin əməkdaşı İlkin Mamedov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova da çıxış edərək, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.

 

Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. Uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub.

 

Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin, Ağcabədi şəhər Uşaq Musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 2 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında təşkil edilən konsert proqramları və digər əyləncələr balacalara xoş anlar yaşadıb. Tədbirin sonunda açıq havada piknik təşkil edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]