Vüsalə Məmmədova: İşıqlar içində uyu, komandir!
Bu xəbəri paylaş
1991-ci il...
Polkovnik-leytenant Şirin Mirzəyev ailəsini, övladlarını, işini Bakıda qoyub Ağdama gəlir...
Maneələr xirtdəkdən... Ancaq o bütün çətinliklərə rəğmən Müstəqil Azərbaycanın ilk nizami özünümüdafiə batalyonunu yaradır... Min bir əziyyətlə...
O dövr üçün bu misilsiz bir xidmət, zəruri bir addım idi... Təəssüflər olsun ki, Şirin Mirzəyevin ömrü çox uzun olmur...
Hərdən düşünürəm ki, Şirin Mirzəyev yaşasaydı, itkilərimiz bu qədər çox olmazdı...
O təkcə ordu quruculuğundakı misilsiz xidmətlərinə görə deyil, həm də elə ağır günlərdə bir dəyər yarada bildiyinə görə sevgi və sayğıya layiqdir. Bu dəyəri hələ də onun döyüşçülərinin gözündə, əməlində görə bilərsiniz...
Döyüşçüləri... Şirin Mirzəyevin qızı Aynur xanım o döyüşçüləri belə xatırlayır: "Çox az olub ki, atamın məzarı üstünə gəlib, burada onun döyüşçülərindən kimisə görməyim... Yadımdadır, o vaxt hamısı cavan oğlanlar idi... Gözümün qabağında, bu məzarın başında yaşlanıblar..."
Aynur xanımla söhbətimizi şərhdə paylaşıram. İstəsəniz, oxuyarsınız.
Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Vətən olmasının 30-cu ildönümündə komandirin xatirəsini və xidmətlərini ehtiramla yad edirik...
İşıqlar içində uyu, komandir!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)