“Ərkivan” FK “play-off”a vəsiqə qazandı Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
“Ərkivan” FK “play-off”a vəsiqə qazandı
Səkkiz oyunda qələbə
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının səkkizinci turuna yekun vurulub.
Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu mövsümün səkkizinci görüşünü səfərdə “Mübariz” (Binə) komandası ilə keçirib.
İyunun 19-da Bakı şəhəri Binə qəsəbə stadionunda gərgin mübarizə şəraitində davam edən qarşılaşmada “Ərkivan” FK 3:0 hesablı qələbə qazanıb. Masallılardan Röyal Həsənov, Əflatun Məmmədov və Səməndər Dadaşov fərqlənib.
Qeyd edək ki, 24 xalla “B” qrupunun lideri “Ərkivan” FK “play-off” mərhələsinə vəsiqə qazanıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: [email protected]

