Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub +FOTO=6

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub +FOTO=6

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub 

 

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) texnoparkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova arasında görüş keçirilib.

 

Görüşdə Vasif Abbasov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verərək YTP-nin yaradılmasının ölkəmizdə elmin və innovasiyanın inkişafı naminə atılan addımlardan biri olduğunu vurğulayıb.

 

Baş direktor texnoparka yeni rezidentlərin cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib, texnoparkın rezidentləri və akademiyanın institutları arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. O, AMEA institutları alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında reallaşdırılmasının həyata keçirildiyini bildirib.

 

Qeyd olunub ki, texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodu (TSZ) tərəfindən 2014-cü ildə təqdim olunmuş və EİF-in kompleks elmi-tədqiqat proqramlarının qalibi olaraq layihə çərçivəsində müəssisəyə sürtkülərin buxarlanmasını təyin edən cihaz, sürtkülərdə və yağlarda mexaniki qarışıqlarını və donma temperaturunu və kül qalığını təyin edən cihazlar, eyni zamanda, lenta üsulu ilə korroziyanı, eləcə də yağların kinematik özlülüyünü və yağların açıq putada alışma temperaturunu təyin edən avadanlıqlar alınmışdır. Bu cihazlar TSZ-nin Elmi-Tədqiqat Laboratoriyasında zavod istehsalat prosesinə analitik nəzarəti həyata keçirir və aparılan bir sıra elmi-tədqiqat işlərində geniş istifadə olunmaqdadır.

 

Daha sonra Mehriban İmanova YTP-nin rezidentləri – TSZ, “Elm və Texnologiyalar Parkı” MMC, “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat sahələri, eləcə də AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə yaxından tanış olub, qonağa istehsal olunan innovativ texnoloji məhsullar barədə ətraflı məlumat verilib.

 

Əvvəlcə “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal olunan dronların imkanları əyani nümayiş etdirilib. Sonra Mehriban İmanova TSZ-də dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesi ilə də yaxından tanış olub.

 

O, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, müasir tələblərə cavab verən 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.

 

İcraçı direktor YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib.

 

Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, AMEA YTP-yə yeni layihələrin icrasında dəstək göstərilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]