BDU-da rumıniyalı alimlə görüş +FOTO=2

BDU-da rumıniyalı alimlə görüş +FOTO=2

BDU-da rumıniyalı alimlə görüş  

 

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) İdarə Heyətinin sədri, Rumıniyanın Ovidus Universitetinin Nanotexnologiya və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru, 9-cu Qlobal Bakı Forumunun iştirakçısı, professor Eden Mamutla görüş keçirilib. Görüşə onlayn formada Buxarest Universitetinin Nanoelmlər – Alternativ Enerji Mənbələri Tədqiqat Mərkəzinin rəhbəri, professor Ioan Stamatin də qatılıb.
Görüşdə professor Eden Mamut Azərbaycan-Rumıniya universitetləri arasındakı əlaqələrin yaranma tarixindən danışıb, daha sonra iştirakçıları hazırda fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri, perespektivləri ilə yaxından tanış edib.
Görüşdə Rumıniya və Azərbaycan universitetləri arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub. Beynəlxalq elmi tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında müzakirələr aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]