İddiaçıların Madrid "döyüşü" davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

İddiaçıların Madrid "döyüşü" davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

İddiaçıların Madrid "döyüşü" davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Rəcəbov Duda ilə sülh bağlayıb

 

Madriddə (İspaniya) keçirilən və Azərbaycan şahmatçısı Teymur Rəcəbov da daxil olmaqla planetin ən güclü 8 zəka sahibinin qatıldığı şahmat üzrə iddiaçılar turniri davam edir. Dünən gecə saatlarında 4-cü tura yekun vurulub. Hesabat turunda qara fiqurlarla Yan-Kşiştof Dudaya (Polşa) qarşı oynayan Rəcəbov oyunun 41-ci gedişində rəqiblə sülhə razılaşıb. Bundan əvvəl Əlireza Firuca (Fransa) və rusiyalı Yan Nepomniyaşiylə heç-heçə oynayıb Xikaru Nakamuraya (ABŞ) uduzan Rəcəbov hazırda 1,5 xalla 6-8-ci yerləri bölüşür. Maraqlıdır ki, FİFA reytinq cədvəlində ikinci olan çinli Din Liren hazırda 1,5 xalla sonuncu, FİFA reytinqində 3-cü yeri tutan Firuca isə turnidrə eyni xalla 7-ci yerdədir. Yarşı cədvəlinə 4 turdan sonra 3 xalla Nepomniyaçiy liderlik edir. Onun ən yaxın izləyicisi olan Fabiano Karuananın (ABŞ) aktivində 2,5 xalı var. Hərəyə 2 xal toplayan Yan-Kşiştof Duda, Rixard Rapport (Rumıniya) və Xikaru Nakamura (ABŞ) 3-5-ci yerləri bölüşürlər.

 

Bu gün 5-ci turun oyunları olacaq. Rəcəbov onunla eyni xal ehtiyatına rəğmən yarış cədvəlində sonuncu olan Dinq Lirenlə qarşılaşacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]