Lənkəran teatrında Cənnətim Qarabağ bədii qiraət müsabiqəsinin mükafatçıları ilə görüş keçirilib- AZpress.AZ, Ağaddin Babayev + FOTO=7

Lənkəran teatrında “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsinin mükafatçıları ilə görüş keçirilib- AZpress.AZ, Ağaddin Babayev + FOTO=7

Lənkəran teatrında “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsinin mükafatçıları ilə görüş keçirilib-AZpress.AZ, Ağaddin Babayev + FOTO=7

 

Xəbər verildiyi kimi, iyunun 20-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsinin mükafatlandırılma mərasimi olub.

 

Azpress.AZ xəbər verir ki, müsabiqə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə keçirilib.

 

Mükafatlandırılmadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xurşidbanu Natəvanın yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı rolundan, həmçinin müsabiqənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, XIX əsrin görkəmli şairəsi və xeyriyyəçisi, sonuncu Qarabağ xanı Mehdiquluxan Cavanşirin qızı, eləcə də İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə təşkil olunmuş “Cənnətim Qarabağ” adlı gözəl bir tədbirə yığışmışıq və bu çox sevindirici haldır ki, belə tədbirlər mütəmadi olaraq qeyd olunur.
Sonra seçilən iştirakçılar hazırladıqları qiraət nümunələrini səsləndirdikdən sonra mükafatlandırma mərasimi olub.

 

Məlumat üçün bildirək ki, müsabiqədə 11 teatr və 1 təhsil ocağından ümumilikdə 27 nəfər iştirak edib. İştirakçılar Xurşidbanu Natəvanın yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini 2022-ci il mayın 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim ediblər. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti qoyulmayıb. Seçimlər münsiflər heyəti tərəfindən aparılıb və təqdim olunmuş 27 nəfər arasından 12 iştirakçı seçilib. Onlardan 3 nəfər I, II, III yerlər üzrə qalib elan edilib. Digər 9 iştirakçı isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüblər.

 

Qeyd edək ki, əsas məqsədi milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarət olan müsabiqədə Lənkəran Dövlət Dram Teatrının da 6 aktyoru istedadını ortaya qoyub. Onlardan Prezident mükafatçısı Allahverən Babayev münsiflər heyətinin xüsusi diplomuna, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Tağı, Aysel Babazadə və Amil İbrahimli diplomlara layiq görülüblər.
İyunun 22-də Lənkəran Dövlət Dram Teatrında müsabiqənin mükafatçıları ilə görüş olub. Mərasimdə teatrın baş rejissoru Anar Sadıqov, direktor müavini İntiqam Hacılı və ədəbi dram hissə rəhbəri Ağaddin Babayev çıxış edərək mükafata layiq görülən aktyorları təbrik edərək, onlara yeni sənət uğurları diləyiblər.

 

Aktyor Allahverən Babayev isə öz növbəsində bundan sonra da keçiriləcək sənət yarışmalarında qüvvəsini sınamağa hazır olduğunu bəyan edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]