Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

 


16 iyun 2022-ci il tarixində görkəmli vokal ifaçısı Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi keçirildi. Müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan, İsrail, Rusiya və digər ölkələrdən 100-ə yaxın vokalçı iştirak edirdi.

 

Yaş həddi 18-35 yaş aralığında olan iştirakçıların arasında opera müğənniləri, orta və ali musiqi təhsili müəssisələrinin məzunları və tələbələri yer almışdır. İfaçıların dinləyişi Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir.

 

Müsabiqənin peşəkar münsiflər heyətinin qərarı ilə Qran Pri mükafatına Azərbaycan təmsilçisi Elmina Həsənova layiq görülmüşdür. Elmina Həsənova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının məzunudur. Onun müəllimləri Azərbaycanın xalq artisti, professor Gülnaz İsmayılova və Tamar İveridir (Gürcüstan).

 

Müsabiqədə l yerə Anxbayar Enxbold (Monqolustan); II yerə Nikita Volkov (Rusiya) və Olqa Rudik (Ukrayna); III yerə Baluan Berkenov (Qazaxıstan), Aleksandra Sokolova (Rusiya), Həmid Abdulov (Azərbaycan); IV yerə Ezgi Karaya (Türkiyə) və Nigar Cəfərova (Azərbaycan) layiq görüldülər.
Müxtəlif ölkələrdən olan bir neçə ifaçı - Bat-Erden Dorjçeden (Monqolustan) “Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə”, Medeya Çikaşvili (Gürcüstan) “Ümid”, Valeriya Latışeva (Rusiya) “Tamaşaçı diqqəti mükafatı" adlı xüsusi mükafatlara layiq görüldülər.
Qeyd edək ki, Bülbül adına vokalçıların Beynəlxalq müsabiqəsinin yekun konserti və laureatların mükafatlandırılması iyun ayının 22-də Şuşa şəhərində keçiriləcəkdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]