Binəqədi Gənclər Evində "Sağlam həyat naminə narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib - FOTO

Binəqədi Gənclər Evində "Sağlam həyat naminə narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib - FOTO

Binəqədi Gənclər Evində 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.


Binəqədi Gənclər Evində 21 iyun 2022- ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti,  Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.


Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Sosial - psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev və gənclər iştirak edib.


Tədbirdən öncə qonaqlar məktəblilərin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgi ilə tanış olub.
 

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığından, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd edib.


Tanrıverdi Aydınov çıxışında narkotiklərin insan orqanizminə məhvedici təsiri, bəzi gənclərin narkotik asılılığı girdabına yuvarlandığını və bunun da cinayətlərin törədilməsinə səbəb oluğunu vurğulayaraq, gəncləri bu bəlanın qurbanına çevrilməməsi üçün narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılmasını və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini tövsiyyə edib.


Hafiz Təmirov çıxışında bu görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğuladı. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, yaradıcılığa, idmana daha çox maraq göstərmələrini tövsiyyə edib.
 

Sonda Sosial-psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev əvvəllər özünün də narkomaniya bəlasına düçar olduğunu, ailəsinin, cəmiyyətin dəstəyi və ən əsası özünün istəyi ilə bu bəladan xilas olduğunu və hal-hazırda sağlam həyata qayıtdığını və hazırda bu bəlaya düçar olan insanların sağalmasında, reabilitasiyasında dəstək olduğunu, gənclərə aldanmamağı, narkotik aludəçisi olmamağı, sağlam həyat tərzi keçirməyi məsləhət görüb.
 

Tədbirin sonunda  gənclərimiz tərəfindən bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat verməsi üçün  tədbir iştirakçılarına suallar ünvanlanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]