Botanika İnstitutunun baş direktoru Kürdəmir Təcrübə Dayaq Məntəqəsinidə olub +FOTO=3

Botanika İnstitutunun baş direktoru Kürdəmir Təcrübə Dayaq Məntəqəsinidə olub +FOTO=3

Botanika İnstitutunun baş direktoru Kürdəmir Təcrübə Dayaq Məntəqəsinidə olub 

 

AMEA Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq Məntəqəsində olub.
Səfər Kürdəmir rayonunda yerləşən Təcrübə Dayaq Məntəqəsində tarla təcrübələrinin vəziyyətinin araşdırılması və istehsalat şəraitində təsərrüfatda becərilən bitkiçilik məhsullarına baxış keçirmək məqsədi daşıyıb. Becərilən bitkilər içərisində dərman və qida boyası kimi tanınan Carthamus tinctorius-yalançı zəfəran və ya boyaq zəfəranı sənaye əhəmiyyətli bitki kimi diqqəti daha çox cəlb etmişdir. Bitkinin toxumlarından əldə edilən yağ marqarin istehsalında istifadə olunur. Tibbdə laksatif, sidikqovucu, xoleretik, kimi istifadə olunur. Çiçəklərdən rəng çıxarılıqdıqdan sonra karotin istehsalı üçün çox əhəmiyyətlidir. S.C.İbadullayeva bitkinin daha geniş becərilməsini məqsədə uyğun hesab etmişdir.
Səfər zamanı direktor mərkəzin əməkdaşları ilə görüşüb, inzibati binaya və maddi-texniki bazaya baxış keçirib. Həmçinin məhsul yığımı və əkin sahələrinin cari vəziyyəti müşahidə olunub, müvafiq tapşırıqlar verilib. Sahəyə 2 ədəd 30 tonluq su çəni yerləşdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]