Avtomobildə gizlədilən külli miqdarda dərman preparatları aşkarlandı +FOTO=2

Avtomobildə gizlədilən külli miqdarda dərman preparatları aşkarlandı +FOTO=2

Avtomobildə gizlədilən külli miqdarda dərman preparatları aşkarlandı 

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman vasitələrinin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Actors” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını, mal müşaiyət sənədlərində göstərilən “tekstil materiallardan ibarət keçə ortopedik döşəklərin istehsalında istifadə olunan sərt mallar” yükü olduğunu bildirib.
Daha sonra yük avtomobili rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə olunub. Təkrar yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin sol tərəfinin örtüyü qaldırılıb və mal müşaiyət sənədlərində göstərilməyən 57 irihəcmli karton yeşiklərə qablaşdırılan 2156 qutu müxtəlif adda dərman vasitələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]