Botanika İnstitutu əməkdaşları ekspedisiyada olublar +FOTO=3

Botanika İnstitutu əməkdaşları ekspedisiyada olublar +FOTO=3

Botanika İnstitutu əməkdaşları ekspedisiyada olublar

 

AMEA Botanika İnstitutu Mikologiya şöbəsinin müdiri b.e.d., dos. Dilzarə Ağayeva, və əməkdaşları kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova, Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar. Ekspedisiyada olduqları müddətdə Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, Qaraqaya, Ləpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplamışlar. Qırmızı Kitabın növbəti 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılmış və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilmişdir. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanmış, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilmişdir.

 

Həmçinin ağac bitkilərindən Fagus, Quercus, Fraxinus, Platanus , kol bitkilərindən Rosa, Rubus və ot bitkilərindən Crepis, Lapsana communis, Sonchus oleraceus, Lathyrus, Polygonum, Rumex, Myosotis Plantago və s. üzərində mikromiset nümunələri toplanmış və sahib bitkiyə nəzərən ilkin təyinat aparılmışdır.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]