MEK əməkdaşları Ankarada işgüzar səfərdə olublar +FOTO=3

MEK əməkdaşları Ankarada işgüzar səfərdə olublar +FOTO=3

MEK əməkdaşları Ankarada işgüzar səfərdə olublar

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Züriyə Qarayeva Türkiyənin paytaxtında ezamiyyətdə olublar.

 

Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə baş tutan səfər çərçivəsində Türkiyənin Qazi Universitetinin Xarici əlaqələr üzrə prorektoru İhsan Kalenderoğlu ilə görüş keçirilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev rəhbərlik etdiyi kitabxananın yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi layihə və təşəbbüslər, o cümlədən beynəlxalq əlaqələri haqqında məlumat verib. Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri müəyyənləşib, MEK tərəfindən Universitetə Şuşa ilə əlaqədar kompozisiya və dəyərli kitab təqdim olunub.

 

Səfər zamanı MEK əməkdaşları Ankara Prezident Kitabxanası (Cümhurbaşkanlığı Külliyyesi Millet Kütüphanesi) və Qazi Universitetinin Mərkəzi Kitabxanası ilə yaxından tanış olublar. Sözügedən kitabxanaların direktorları Nur Uzun və Ayhan Tuğlu rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti haqqında ətraflı məlumat verib, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanlarından danışıblar. Qarşılıqlı əməkdaşlığın faydalı olacağı və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyi bildirilib. Daha sonra qarşılıqlı kitab mübadiləsi haqqında razılıq əldə olunub.

 

Səfərin davamı olaraq MEK nümayəndə heyəti Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları İdarəsini (YTB) ziyarət edib, iş birliyinin təşkili üçün fundament qoyulub. Eyni zamanda Türkiyədə yaşayan azərbaycanlı professor Əli Əsgərin həmmüəllif olduğu “Düşüncə tarixi” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna hədiyyə edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]