Gəncə şəhərində Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub

Gəncə şəhərində Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub

Azərbaycan milli balet sənətinin ən dəyərli nümunələrindən biri olan “Min bir gecə“ baleti 40 ildən artıqdır ki, dünya səhnələrini gəzib dolaşır, bir çox ölkələrdə tamaşaya qoyulur və baletsevərləri heyran edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının artistləri müxtəlif illərdə “ Min bir gecə “ baleti ilə Almaniya, Rusiya, Türkiyə, İraq, İordaniya və.s ölkələrdə qastrol səfərlərində olmuş və hər yerdə çox böyük uğurla çıxış etmişlər.

İyunun 20-də balet ustalarımız “ Min bir gecə “ ni ilk dəfə olaraq onun müəllifi,bəstəkar Fikrət Əmirovun  vətəni olan qədim Gəncə şəhərində - Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş etdirmişlər. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin gorkəmli bəstəkar,SSRİ Xalq artisti, tanınmış ictimai xadim Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar keçirdiyi tədbirlər çərçivəsində baş tutmuşdur.

Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova ( Nuridə ) ifa etmişlər. Digər rollarda isə balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur). Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə),İntiqam Məmmədov (Rux quşu) və b. çıxış etmişlər. Tamaşa anşlaqla baş tutmuş, Gəncə Dövlət Filarmoniyasının 830 nəfərlik tamaşaçı tutumu olan zalı həmin gün tamaşaçılarla dolu olmuşdur. Fikrət Əmirov musiqisinin ecazkarlığı, balet ustalarımızın peşəkar ifası,zəngin dekorasiyalar və səhnə kostyumları gəncəli sənətsevərləri sözün əsl mənasında heyran etmişdir.

Tamaşada şəhərin musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış ictimai xadim və ziyalılar, ümumiyyətlə Fikrət Əmirovun yaradıcılllığı və balet sənəti ilə maraqlanan və onu sevən insanlar yer almışdı. Balet tamaşasını izləyənlər sırasında Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və İcra hakimiyyətinin məsul əməkdaşları, Gəncə regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Milli Məclisin Gəncə regionu üzrə deputatı Müşfiq Cəfərov, Türkiyə Respublikasının Gəncə şəhərindəki konsulu Zeki Öztürk,Mədəniyyət Nazirliyi İncəsənət şöbəsi musiqi sektorunun müdiri Vüqar Hümmətov və b.olmuşlar.

Çox böyük uğurla baş tutan tamaşa izləyənlərin uzun sürən sürəkli alqışlarının müşaiyəti ilə başa çatmışdır.

Sonda Opera və Balet Teatrının rəhbərliyi adından yüksək səviyyədə təşkil olunmuş qastrol səfərinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə şəhər İcra hakimiyyəti və Regional Mədəniyyət idarəsi və əlbəttə ki, Gəncə Dövlət Filarmoniya sının rəhbərliyinə dərin təşəkkürümüzü bildirmək istərdik.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]