Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib- AZpress.AZ, Ağaddin Babayev=FOTO+19

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib- AZpress.AZ, Ağaddin Babayev=FOTO+19

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib-AZpress.AZ, Ağaddin Babayev=FOTO+19 

 

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə Lənkəranda "Atalar və övladları üçün düşərgə" təşkil edilib. AZpress.AZ xəbər verir ki, 50-dək gənc ata və övladının qatıldığı birhəftəlik düşərgənin keçirilməsində əsas məqsəd atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı, əyləncəli vaxt keçirməsinə şərait yaratmaqdan ibarət olub.

 

Düşərgə çərçivəsində atalar üçün ailə bağlarının gücləndirilməsinə, ailədaxili ünsiyyətin düzgün qurulmasına və istiqamətləndirilməsinə yönəlmiş təlimlər keçirilib, həmçinin övladları ilə ataların birgə fəaliyyətini nəzərdə tutan intellektual və əyləncəli oyunlar təşkil olunub.

 

Belə ki, düşərgə zamanı uşaqlar Forest School təhsil yanaşması və inkişaf istiqamətlərinə uyğun olaraq təbiətdə sağ qalmaq, çıxılmaz vəziyyətlərdə davranış, peşə bacaqları, təbiətdə STEAM, bionika, müxtəlif fiziki, emosional, psixoloji, sosial və intellektual fəaliyyətlərlə məşğul olublar. Atalar isə mütəxəssislər tərəfindən keçirilən “Seviginin 5 dili”, “Məsuliyyətli atalıq və onun funksiyaları”, “Qız övladını böyütməyin nümunələri, dərkolunması” ilə bağlı təlim sessiyalarına cəlb olunublar. Həmçinin iştirakçılar ata və övlad bağlarının refleksiyası ilə bağlı sorğularda iştirak edib, birgə zaman keçirmənin faydaları haqqında simulyativ sessiyalara, müxtəlif əyləncəli müsabiqə, oyun və fəaliyyətlərə qatılıblar.

 

Düşərgənin sonuncu günü iştirakçılar cənub bölgəsinin tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.

 

Qeyd edək ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]