Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb (+FOTO=18, +VİDEO)

Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb (+FOTO=18, +VİDEO)

Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb 

 

Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə start verilib.

 

7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

 

Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.

 

Layihəyə uyğun olaraq uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.

 

Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq, suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.

 

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]