Qara Qarayevin Ev-muzeyində konsert keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=9)

Qara Qarayevin Ev-muzeyində konsert keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=9)

Qara Qarayevin Ev-muzeyində konsert keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=9)

 

22 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar Qara Qarayevin Ev-muzeyində İsveç Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş konsert təşkil olunmuşdur.
Qeyd edək ki, konsertin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Gülnarə Acalovadır.

Öncə tədbirdə Ev-muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva və İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamil ön sözlə çıxış etdilər.
Çıxışlardan sonra bədii hissəyə yer verildi.

Tədbirdə Azərbaycanın və İsveçin tanınmış bəstəkarlarının əsərləri səsləndirildi.
Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Qara Qarayevin “Ad günü marşı”, “Я вас любил”, “На холмах Грузии” romansları, vokal və caz orkestri üçün üç noktürn, Wilhelm Stenhammarın Vokal və fortepiano üçün iki romans, Skripka və fortepiano üçün “Sentimental romans”, Fortepiano üçün üç kiçik pyes, Skripka və fortepiano üçün sonata (I hissə), Tofiq Quliyevin “Qəmgin mahnı”, Wilhelm Peterson-Bergerin Fortepiano üçün üç pyes, Rəşad Əhmədzadənin Fleyta və fortepiano üçün üç pyes, M.İsrafilzadənin “Elegiya” əsərləri ifa olundu.
İstedadlı musiqiçilər, Respublika və beynəlxalq müsabiqələr laureatları Anar Seyidov, Mahir Tağızadə, Rüstəm Zeynalov, Nailə Xasıyeva, Cəmalə Abdinzadə, Zəhra Cahan Şıxəliyeva, Kamran Talıblı, Adil Axundov, həmçinin V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Ömər Həsənli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Q.Şaroyev adına Uşaq Musiqi Məktəbinin şagirdi Cəlalə İsmayılzadənin parlaq ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]