Energetika Nazirliyində dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Energetika Nazirliyində dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Energetika Nazirliyində “23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib.


Energetika nazirinin müavini Elnur Soltanov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin siyasi və idarəçilik fəaliyyətinin, həmçinin  dövlət idarəçiliyi sistemində həyata keçirdiyi islahatların ölkəmizin inkişafında mütərəqqi rolu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsindəki islahatların uğurla davam etdirildiyi, dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi və qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə onların sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının daim diqqət göstərdiyi məsələlərdən biri olduğu qeyd edilib.


Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov çıxış edərək, dövlət qulluqçularının dövlətçiliyimizin möhkəmlənməsi və inkişafına verdikləri töhfələrdən danışıblar. Çıxışlarda dövlət qulluğu sahəsində mövcud qanunvericiliklə nəzərdə tutulmuş vacib meyarların hər zaman rəhbər tutulmasının zəruriliyi diqqətə çatdırılıb.


Tədbirdə Nazirlik və tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]