Umud Mirzəyev: QHT-Dövlət münasibətlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir

Umud Mirzəyev: QHT-Dövlət münasibətlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir

Umud Mirzəyev: QHT-Dövlət münasibətlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son zamanlar vətəndaş cəmiyyəti qurumlarının inkişafına yönəlik çox önəmli fəaliyyətlər həyata keçirir. Bu gün regionlarda QHT-lərin iştirakı ilə konfransların, görüşlərin keçirilməsi QHT-Dövlət münasibətlərinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

 

Silsilə davam edən “QHT ziyarətləri” həqiqətən də həm region, həm də paytaxt QHT-ləri üçün stimullaşdırıcı effekt yarada bildi. Bu mənzərə isə dövlətin vətəndaş cəmiyyəti təşkilatlarının cəmiyyətdəki rolunun artmasında nə qədər maraqlı olduğunu bir daha sübut edir.

 

İyunun 22-ində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri, agentliyin icraçı direktoru Aygün Əliyeva BAMF-ın ofisini ziyarət etdilər. Görüşdə təşkilatımızın gördüyü işlərdən, son illərdəki fəaliyyətlərindən, ölkədəki vətəndaş cəmiyyəti qurumlarının mövcud vəziyyətindən danışdıq.
Xatırladım ki, 30 il öncə məhz bu tarixdə, 22 iyun 1992-ci ildə Moskvada BAMF-ın ilk təsis yığıncağını keçirmişdik. Bu görüşümüzdə isə artıq 30 illik yubileyimizin planlarını müzakirə etdik.

#IEPF30 #NgoAgency

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]