Həbib Misirov: İcra başçısı şəhid Elşad Salahovun ailəsini ziyarət edib

Həbib Misirov: İcra başçısı şəhid Elşad Salahovun ailəsini ziyarət edib

Həbib Misirov: İcra başçısı şəhid Elşad Salahovun ailəsini ziyarət edib

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Bərdə rayonunun Zümürxan kəndində l Qarabağ müharibəsi şəhidi Elşad Salahovun ailəsini ziyarət ediblər.

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, Prezident İlham Əliyevin idarəçilik konsepsiyasında da sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət prioritet istiqamət təşkil edir, ölkə başçısının sosialyönümlü sərəncamlarında şəhid ailələri, müharibə əlilləri və veteranlarına humanizm prinsipləri baxımından yanaşılması daim önə çəkilir.

 

Şəhid ailələri onların sosial müdafiəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Elşad Salahov Başlıbel kənd orta məktəbini bitirdikdən bir il sonra – 1992-ci ilin mayında Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətə İstisu qəsəbəsində yerləşən 712 saylı batalyondan başlamışdı. Bir neçə ay burada təlim keçdikdən sonra cəbhənin ən qaynar nöqtələrindən sayılan Söyüdlü zastavasına göndərilmişdi.
Elşad Salahov Ermənistanla həmsərhəd olan Söyüdlü zastavasında vətənin keşiyində dayanarkən 712 saylı batalyon 701 saylı briqadaya biləşdirilmişdi.

 

14 oktyabr 1993-cü ildə yenidən cəbhəyə yollanmışdı.Bir neçə ağır əməliiyatlarda, elcədə Murovdağ əməliyyatında iştirak edir.

 

Elşad Salahovun meyiti “Murovdağ əməliyyatı”ndan altı ay sonra – 1994-cü il iyunun 19-da Koroğlu dağının Daşkəsən rayonunun Zivlən kəndi istiqamətindəki aşırımında tapılır.
Elşad Salahov ölümündən 168 gün sonra Bərdə rayonunun Xanərəb kəndində dəfn edilir.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun!
Allah Şəhidlərimizin doğmalarına səbr versin!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]