Vinq-Çun üzrə ZƏFƏR KUBOKU -turniri keçirilmişdir. (AZpress.AZ, Rüstəm Fərman, +FOTO=30)

Vinq-Çun üzrə “ZƏFƏR KUBOKU”-turniri keçirilmişdir. (AZpress.AZ, Rüstəm Fərman, +FOTO=30)

 Vinq-Çun üzrə “ZƏFƏR KUBOKU”-turniri keçirilmişdir.

 

25.06.2022-ci il tarixində Qax rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Vinq Çun Federasiyası və Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Vinq-Çun üzrə “ZƏFƏR KUBOKU”-turniri keçirilmişdir.
Yarışda Bakı və bir sıra regionlardan ümumilikdə 250-dən çox idmançı iştirak etmişdir.
İlk öncə komandalar və digər qonaqlar Qax rayon Şəhidlər xiyabanına gələrək Şəhidlərimizin əziz xatirəsini yad etdilər.
Yarışın təntənəli açılış mərasimində Qax Rayonun İcra Hakimiyyətinin müavini,
Gənclər və İdman Nazirliyinin rəsmi nümayəndəsi Oruc Məmmədli,
Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, vitse-prezidenti İlqar Mustafayev, federasiyanın icraçı-direktoru Ramin Əliyev,
Qax Rayon Gənclər və İdman idarəsinin rəisi Əlövsət Bayramov,
Qax İdman Liseyinin müdiri Ramil Məmmədli
Vətən Müharibəsi Şəhidlərinin ailələri və Qazilər və bir sıra dəyərli qonaqlar iştirak etmişdirlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]