Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub (AZpress.AZ, Mais İbrahimov, +FOTO=60)

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub (AZpress.AZ, Mais İbrahimov, +FOTO=60)

 Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində “N” saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları və bir qrup hərbçilər ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsini yad ediblər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, “N” saylı hərbi hissədə davam edən mərasimə ilk öncə hərbi hissənin döyüş bayrağı gətirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar hərbi hissənin həyətində vətən şəhidlərinin xatirəsinə inşa edilən xatirə kompleksinə güllər düzərək onların müqəddəs ruhlarını ehtiramla anıblar. Əlamətdar bayram günü münasibətilə Azərbaycan respublikası Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubu hərbi hissənin şəxsi heyətinin diqqətinə çatdırılıb
Tədbirdə bir qrup əsgər və zabitlər, habelə müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular xidməti işində səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar və digər qiymətli hədiyyələrlə təltif olunublar. Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi tərəfindən tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr verilib. Eyni zamanda hərbi hissə rəhbərliyi şəhid övladlarına hərbi hissənin fəxri fərmanlarını təqdim edib.
26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.
Fotomüxbir: Mais Amin. AZpress.AZ Ağcabədi

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]